Azərbaycan ordusunun Naxçıvan istiqamətindəki mövqeləri atəşə tutulub.
“İki sahil” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, sentyabrın 4-ü saat 19:35 radələrində Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu istiqamətində yerləşən mövqeləri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atıcı silahlardan atəşə tutulub.
"Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb", - məlumatda vurğulanıb.
Zəfər Gününün beşinci ildönümü Azərbaycanın xaricdəki nümayəndəliklərində qeyd edilib
Azərbaycanda silahlanmaya yeni beşinci nəsil "IceBreaker" qanadlı raket kompleksi qəbul edilib