Azərbaycanın İtaliyadakı Mədəniyyət Mərkəzinin 2025-ci il üçün böyük tədbirlər planı hazırlanıb.
"İki sahil" report-a istinadən xəbər verir ki, bunu İtaliyadakı Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru müavini Gülnar Tağızadə jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, 2022-ci ildə Mədəniyyət Mərkəzi fəaliyyətə başladıqdan sonra silsilə tədbirlər keçirilib: "Əlavə olaraq tələbələr üçün açıq qapı günləri baş tutub. Artıq 2025-ci il üçün də böyük tədbirlər planı hazırlanıb. Mədəniyyət Mərkəzi olaraq, İtaliya-Azərbaycan mədəni əlaqələrinə töhfə verməyə davam edəcəyik. Azərbaycan mədəniyyəti çox zəngin olduğu üçün Mərkəzimizə tələb çoxdur. Bura azərbaycanlı tələbələrlə yanaşı, italyan tələbələr də gəlirlər".
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?