05 sentyabr 2024 14:33
312

Rusiya seçkilərdə Harrisi dəstəkləyəcək

Rusiya ABŞ-də keçiriləcək prezident seçkilərində Kamala Harrisi dəstəkləyəcək.

"İki sahil" Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunun plenar iclasında çıxışı zamanı deyib.

“Artıq dediyim kimi, belə demək mümkünsə favoritimiz ölkənin hazırkı Prezidenti Co Bayden idi. O, seçki yarışından kənarlaşdırıldı, lakin bütün tərəfdarlarına xanım Harrisi dəstəkləməyi tövsiyə edib. Biz də belə edəcəyik, onu dəstəkləyəcəyik. Son nəticədə seçimi Amerika xalqı edəcək və biz bu seçimə hörmətlə yanaşacağıq”, - deyə Putin qeyd edib.