Müdafiə Nazirliyinin (MN) Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsini general-mayor Eldəniz Yəhyayev icra edir.
“İki sahil” xəbər verir ki, E.Yəhyayev bir müddət öncə bu vəzifəyə təyin edilib.
Qeyd edək ki, Eldəniz Telman oğlu Yəhyayevə 2022-ci ildə Prezident İlham Əliyevin "Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında" Sərəncamı ilə general-mayor hərbi rütbəsi verilib.
O, daha əvvəl nazirliyin Maddi-Texniki Təminat Baş İdarəsi Arxa Cəbhə İdarəsinin Ərzaq Xidməti rəisi vəzifəsində çalışıb.

Azərbaycanda silahlanmaya yeni beşinci nəsil "IceBreaker" qanadlı raket kompleksi qəbul edilib
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi parad başa çatdı
Hərbi paradda "Vikinq" hava hədəflərinə qarşı mobil döyüş kompleksi nümayiş etdirilib