07 sentyabr 2024 23:07
304

Birinci vitse-prezident Mehriban Əliyeva üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycanın paraüzgüçüsü Raman Saleyin “Paris-2024” Yay Paralimpiya Oyunlarında bürünc medal qazanması ilə bağlı paylaşım edib.

“İki sahil” paylaşımı təqdim edir:

"Raman Saleyin “Paris-2024” Yay Paralimpiya Oyunlarında 3-cü medalı! Bürünc mükafatçını təbrik edirəm! Azərbaycan azarkeşlərinə bəxş etdikləri sevincə görə bütün qaliblərimizə təşəkkür edirəm! Hər bir idmançıya möhkəm cansağlığı, güc və yeni nailiyyətlər arzulayıram".