08 sentyabr 2024 12:21
269

Hikmət Hacıyev ABŞ Müdafiə Kəşfiyyat İdarəsinin rəsmisi ilə görüşüb

ABŞ Müdafiə Kəşfiyyat İdarəsinin Avropa Avrasiya Regional Mərkəzinin rəhbəri Patrik Prior Bakıya səfəri çərçivəsində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyi məlumat yayıb.

Görüşdə ABŞ-Azərbaycan münasibətləri və təhlükəsizlik əməkdaşlığı müzakirə edilib.