09 sentyabr 2024 13:45
397

Şoltsun planı nəyi nəzərdə tutur? - ƏSAS DETAL...

Almaniya kansleri Olaf Şoltsun Ukraynada sülh yolu ilə nizamlanma planı hazırlaması ilə bağlı xəbər yayılıb. Hələlik planın detalları bəlli deyil.

“İki sahil” xəbər verir ki, “La Repubblica” nəşri  öz mənbəsinə istinadla bu plannı əvvəllər Ukraynaya məxsus olan ərazilərin bir hissəsinin Rusiyaya verilməsini istisna etmədyini yazıb.

İddia olunur ki, kansler, o cümlədən regional seçkilərdəki uğursuzluqdan sonra öz mövqeyini möhkəmləndirmək üçün “Ukrayna kartı” ilə oynamaq istəyir.

TASS xəbər verir ki, müxalif Xristian Demokrat İttifaqı da onu Ukraynadakı münaqişəyə son qoymağın yollarını tapmağa sövq edir.