09 sentyabr 2024 19:08
312

Himnimizi oxuyan əcnəbi müğənni İslam Manafovun gəlini imiş VİDEO

Ötən gün Millətlər Liqası çərçivəsində keçirilən Slovakiya - Azərbaycan (2:0) matçının start fitindən öncə maraqlı anlar yaşanıb.

“İki sahil” xəbər verir ki, qarşılaşmadan əvvəl dövlət himnimizi almanəsilli kubalı müğənni Karen Manafzadə doğma dilimizdə səsləndirib.

Karen Manafzadə Avstriyada yaşayan azərbaycanlı dirijor, bəstəkar və pianoçu Abuzər Manafzadənin həyat yoldaşıdır. Abuzər Manafzadə isə Azərbaycanın Əməkdar artisti İslam Manafovun oğludur.

Qeyd edək ki, Karen Manafzadə həm də rəqqas kimi fəaliyyət göstərir.