10 sentyabr 2024 16:26
229

Polşa ilə Almaniya arasında QALMAQAL: Tusk səfərini LƏĞV ETDİ!

Polşanın baş naziri Donald Tusk Almaniyaya həftənin sonuna planlaşdırılan səfərini ləğv edib.

“İki sahil” xəbər verir ki, EURACTIV portalının öz mənbələrinə istinadən yazdığına görə, bu, əsasən “Şimal axını” qaz kəmərlərinin partlaması ilə bağlı araşdırmalarla bağlıdır.

Bundan əvvəl Varşava Berlinin partlayışı təşkil etməkdə şübhəli bilinən Polşada yaşayan Ukrayna vətəndaşının həbsi ilə bağlı tələbini rədd edib.

Sentyabrın əvvəlində Polşa prezidenti Anjey Duda “Republika” kanalında Vladimir Zelenski ilə “Şimal axını”nda terror aktları ilə bağlı razılaşmaları barədə bəyanatları rədd edib.