01 oktyabr 2024 17:42
88

Türkiyə Ordusu Suriya və İraqda əməliyyat keçirib, 13 terrorçu öldürülüb

Türkiyə Silahlı Qüvvələri Suriya və İraqın şimalında yeni əməliyyat keçirib.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, İraqın şimalındakı "Pənçə-Kilit" əməliyyat bölgəsində 11, Suriyanın şimalındakı "Barış Pınarı" əməliyyat bölgəsində isə 2 PKK terrorçusu öldürülüb.

Bildirilib ki, Türkiyə ordusu terrorçulara qarşı mübarizəni davam etdirir.