10 sentyabr 2024 16:49
575

Dairə seçki komissiyalarının qərarlarına dair müraciətlərə baxılması müddətinin bitmə vaxtı açıqlanıb

Dairə seçki komissiyalarının qərarlarından narazılıq ifadə edən müraciətlərə baxılması müddəti sentyabrın 11-i saat 6:00-da bitəcək.

“İki sahil” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

O qeyd edib ki, ATƏT-in müşahidə missiyasınin Azərbaycanda fəaliyyəti başa çatıb: "Onlarla görüş keçirildi və diqqətə çatdırıldı ki, MSK seçkilərin keçirilməsinə məsul qurumdur".

MSK sədri əlavə edib ki, əgər seçkilərin təşkili və keçirilməsi ilə bağlı hansısa təkliflər olarsa, bu, nəzərə alınacaq: "Məsələn, seçici siyahıları ilə bağlı fikirlər səsləndirilir. Biz həmişə deyirik ki, hansısa atılmalı addım varsa, deyin, edək. Şikayətlərin azlığı məsələsinə gəlincə, az qala özümüz çağırırıq ki, şikayət verin. Dairə seçki komissiyasının göz yumduğu məsələlərə biz baxırıq. Bizdən narazı olanlar isə məhkəməyə üz tuta bilərlər. Biz iddiaçıların iddialarını təmin etməyin tərəfdarıyıq. Sadəcə, Seçki Məcəlləsinin tələbinə uyğun addım ata bilərik".