Gürcüstanı Ermənistan və Azərbaycanla uzunmüddətli strateji əməkdaşlıq bağlayır və Tbilisi bu fakta böyük əhəmiyyət verir.
“İki sahil” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu “İrəvan dialoqu” forumunda çıxışı zamanı Gürcüstan xarici işlər nazirinin birinci müavini Laşa Darsaliya deyib.
Onun sözlərinə görə, regiondakı bütün oyunçuların məsuliyyəti mövcud əlaqələri genişləndirmək, hərtərəfli sabitlik və sülhü təşviq etməkdir: “Ermənistanla Türkiyə, eləcə də Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması üçün danışıqların getdiyini görürük və tərəflərin bu proseslərdə uğur qazanacağına ümid edirik. Gürcüstan sülhə yönəlmiş bütün səyləri birləşdirərək qonşularını dəstəkləməyə hazırdır”.
Qırğızıstan mediası Prezident İlham Əliyevin səfərini işıqlandırmaqda davam edir
Birinci vitse-prezident Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edib
Prezident İlham Əliyev İsveçrə Prezidentini milli bayramları münasibətilə təbrik edib