12 sentyabr 2024 11:45
493

SOCAR ailəsinin qazi üzvlərinin övladları üçün silsilə tədbirlərə start verilib FOTO

SOCAR tərəfindən sosial tədbirlər və layihələr davam etdirilir.

Belə ki, SOCAR ailəsinin dəyərli üzvləri olan qazi həmkarlarının övladları ilə silsilə tədbirlərə start verilib.

“İki sahil” xəbər verir ki, SOCAR bununla bağlı "X" səhifəsində paylaşımlar edib.

İlk tədbir SOCAR ailəsinin dəyərli üzvləri olan qazi həmkarlarının 6-7 yaşlı uşaqları üçün SOCAR-ın Baş ofisində maraqlı fotossesiya və müxtəlif əyləncə proqramları təşkil edilib.

İkinci tədbir “Yaşıl dünya naminə həmrəylik ili” və “Əsrin müqaviləsi”nin 30-cu ildönümü çərçivəsində SOCAR əməkdaşı olan qazi həmkarlarının övladları üçün “Kinderland” uşaq əyləncə mərkəzinə səfər təşkil edilib.

Bölmədən digər xəbərlər