13 sentyabr 2024 10:23
248

Azərbaycanın kibertəhlükəsizlik indeksi beynəlxalq reytinqdə yüksəlib

Beynəlxalq Telekommunikasiya İttifaqının “Qlobal kibertəhlükəsizlik indeksi 2024” (Global Cybersecurity Index, itu.int/GCI) hesabatı dərc edilib.

Bu barədə “İki sahil”ə Rəqəmsal İnkişaf və Nəqliyyat Agentliyindən bildirilib.

Qeyd edilib ki, Azərbaycan reytinqdə 100 mümkün xaldan ümumilikdə 93.76 xal toplayıb və yeni metodologiyaya əsasən “təkmil səviyyə”də qərarlaşıb.