Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün mərkəzi bankçılıq və maliyyə sahəsi üzrə məlumatlılığın artırılması məqsədilə təlimlərin təşkili davam etdirilir. Beləliklə, bu istiqamətdə keçirilən növbəti təlim “Maliyyə sabitliyinin təhlili və stres-testləşmə” mövzusuna həsr olunub.
“İki sahil” xəbər verir ki, təlim çərçivəsində maliyyə sabitliyi və onun təmin olunması üzrə fəaliyyətin mərhələləri, eləcə də maliyyə sabitliyinə təhdid yaradacaq sistem risklərinin təhlilinə dair məlumatlar paylaşılıb. Maliyyə sabitliyinə təsir edən amillərdən bəhs olunarkən daxili və xarici faktorlar üzrə nümunələr nəzərdən keçirilib. Həmçinin təlim iştirakçılarına stres-testləşmənin növləri və strukturu izah olunaraq bəzi ssenarilər üzrə testləşmə nəticələrinə və təsir kanallarına dair misallar təqdim olunub.
Təlimdə media nümayəndələrini maraqlandıran məqamlar da cavablandırılıb.
İqtisadiyyat naziri “Vista Equity Partners” şirkətinin təsisçisi və sədri ilə görüşüb
Fariz Cəfərov: Azərbaycan süni intellekt (AI) üçün vacib olan enerji resurslarını təmin edən ölkəyə çevrilir
İqtisadiyyat naziri “Global Infrastructure Partners” şirkətinin rəhbəri ilə görüşüb