14 sentyabr 2024 14:01
313

Fatma Səttarova II Fəxri xiyabanda dəfn edilib - YENİLƏNİB

Azərbaycanın görkəmli ictimai xadimi, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci Dünya Müharibəsi veteranı Fatma Səttarova dəfn olunub.

Mərhumə II Fəxri xiyabanda torpağa tapşırılıb.

Dəfn mərasimdə mərhumənin yaxınları, ailə üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

***

Azərbaycanın görkəmli ictimai xadimi, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci Dünya Müharibəsi veteranı Fatma Hüseyn qızı Səttarova vəfat edib.

Bu barədə təşkilatdan məlumat verilib.

O, 102 yaşında dünyasını dəyişib.

Azərbaycan Respublikasının ictimai həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Fatma Səttarova Prezident İlham Əliyevin sərəncamı ilə “İstiqlal” ordeni ilə təltif edilmişdi.

Ona həmçinin Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü də təyin edilmişdi.

"Report"