26 sentyabr 2026 17:21
91

Anım Günü ilə əlaqədar Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib

27 Sentyabr - Anım Günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin birgə təşkilatçılığı ilə Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib.

“İki sahil” xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, aksiyada hər iki qurumun rəhbərliyi, kollektivi, eləcə də könüllülər iştirak ediblər. Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına döyüşərək canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinə dərin ehtiram əlaməti olaraq keçirilən ağacəkmə aksiyasında Müşfiqabad qəsəbəsində, ərazinin torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.

Bildirilib ki, aksiya şəhidlərimizin müqəddəs xatirəsinin yaşadılması, ətraf mühitin mühafizəsi və gələcək nəsillər üçün daha yaşıl və sağlam mühitin formalaşdırılması məqsədinə xidmət edib.