Formula 1 “Qatar Airways” Azərbaycan Qran-Prisi 2024-ün ikinci günü yalnız trasdakı həyəcan dolu yarışlarla deyil, axşam keçirilən möhtəşəm J Balvin konserti ilə də yadda qalıb.
Bakı Şəhər Halqasından (BŞH) "İki sahil"ə verilən məlumata görə, Bakı Kristal Zalında baş tutan konsert Formula 1 azarkeşlərinə unudulmaz anlar yaşadıb. Dünyaca məşhur reggaeton ulduzu və Latın Qremmi mükafatı laureatı olan kolumbiyalı ifaçı J Balvin rəngarəng və enerjili çıxışlar edib.
“Mi Gente”, “Loco Contigo” və “Ginza” kimi məşhur hitləri ilə Balvin fanatlarını bütün gecə rəqsə dəvət edib. Onun çıxışı, işıq effektləri və səhnə hərəkətləri yalnız musiqi deyil, hərtərəfli bir əyləncə təcrübəsi yaradıb. Bu konsert yarış həvəskarlarına trasdakı adrenalin dolu anlardan sonra istirahət və əylənmək üçün mükəmməl fürsət olub.
İçərişəhərdə “Milli Geyimlər Günü” çərçivəsində geniş mədəni proqram təşkil olunub
Türk Dünyası Bəstəkarlar Birliyinin yaradılması haqqında Bakı Bəyannaməsi imzalanıb
Aktotı Raimkulova: TUC-un yaradılması türk dünyasının musiqi diplomatiyası tarixində yeni səhifə açır
“Cənnətin iqamətgahı” sənədli-musiqili-etnoqrafik filminin yerli premyerası keçirilib