15 sentyabr 2024 18:52
304

İordaniya hökuməti istefa verib

İordaniyanın baş naziri Bişr əl-Hasavne 20-ci Nümayəndələr Palatasına seçkilərdən sonra istefa verib.

“İki sahil” xəbər verir ki, bu barədə İordaniyanın dövlət televiziyası “Əl Mamlaka” məlumat yayıb.

Qeyd edilib ki, o, istefa ərizəsini Kral II Abdullaha təqdim edib.

Hasavnenin yerinə hələ ki, təyinat olmayıb.

Məlumat verək ki, İordaniyada keçirilən hər parlament seçkisindən sonra hökumət yeni hökumətin qurulmasına hazırlıq məqsədilə istefa ərizəsini krala təqdim edir.

Bişr əl-Həsəvnə hökuməti 12 oktyabr 2020-ci ildə formalaşdırılıb.

Xatırladaq ki, İordaniyada sentyabrın 10-da keçirilən seçkilərdə ölkə üzrə 197 yerli və ümumi siyahıdan 1623 namizəd parlamentin aşağı palatası olan Nümayəndələr Palatasında 138 yer uğrunda mübarizə aparıb.

İordaniyada parlament iki qanaddan - seçki yolu ilə seçilən Nümayəndələr Palatası və üzvləri Kral tərəfindən təyin olunan Senatdan ibarətdir.

Məhərrəm Ağalaroğlu, “İki sahil”