16 sentyabr 2024 01:01
259

Bodrumda 102 qeyri-qanuni mühacir tutulub

Muğlanın (Türkiyə) Bodrum rayonu sahillərində 102 qeyri-qanuni mühacir rezin qayıqlarda tutulub.

“İki sahil” xəbər verir ki, Sahil Mühafizə Komandanlığının yaydığı məlumata görə, rayonda fəaliyyət göstərən Sahil Mühafizəsi Səyyar Radarının müxtəlif vaxtlarda 3 rezin qayıqda bir qrup qeyri-qanuni immiqrantı aşkar etməsinin ardından bölgəyə qrup göndərilib.

Sahil Təhlükəsizlik qrupları tərəfindən dayandırılan 3 rezin qayıqda 50-si uşaq olmaqla 102 qeyri-qanuni immiqrant tutulub.

Komandalar həmçinin yunan ünsürləri tərəfindən yenidən Türkiyə ərazi sularına çıxarılan rezin qayıqda olan 1 qeyri-qanuni immiqrantı xilas edib.

Qeyri-qanuni immiqrantlar əməliyyatlarından sonra Vilayət Miqrasiya İdarəsi Müdirliyinə təhvil veriliblər.

Məhərrəm Ağalaroğlu, “İki sahil”