16 sentyabr 2024 08:52
216

Mərakeş kralı VI Məhəmməd 638 nəfəri əfv etdi

Mərakeş kralı VI Məhəmməd “Mövlud Kandili” münasibətilə əfv fərmanı verib.

“İki sahil”in məlumatına görə, fərman 638 məhkum və məhbusa şamiledilib.

Mərakeş Ədliyyə Nazirliyi məhbuslardan 25-nin qalan cəzalarını çəkməkdən azad edildiyini, 453 nəfərin cəzasının isə azaldıldığını bildirib.

Mərakeşli 3 məhkumun ömürlük həbs cəzalarının azaldıldığı, həbs olunmadan mühakimə olunan 157 nəfərin isə bəraət aldığı öyrənilib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”