16 sentyabr 2024 11:52
137

Baş katib: Türk Dünyası üçün daha parlaq, yaşıl bir gələcək qurmağa qərarlıyıq

Biz birlikdə Türk Dünyası üçün daha parlaq, yaşıl bir gələcək qurmağa qərarlıyıq.

“İki sahil” xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömuraliyev TDT energetika nazirlərinin Bişkekdə keçirilən dördüncü toplantısı ilə bağlı özünün “X” hesabında yazıb.

O bildirib ki, üzv dövlətlərin enerji sahəsində əməkdaşlıq və inkişaf üçün yanaşmaları eynidir.

Qeyd edək ki, iclasda Azərbaycanı energetika naziri Pərviz Şahbazov təmsil edir.

Xatırladaq ki, Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan TDT-yə üzv, Macarıstan,Türkmənistan və Şimali Kipr isə müşahidəçi dövlətlərdir.