16 sentyabr 2024 15:15
149

Azərbaycan millisinin Çexiya ilə oyunlar üçün yekun heyəti açıqlanıb

Azərbaycanın futzal millisinin Çexiya ilə yoldaşlıq matçları üçün yekun heyəti açıqlanıb.

Futzal Federasiyasının mətbuat xidmətindən "İki sahil"ə verilən məlumata görə, baş məşqçi Vitali Borisov səfərə 3-ü qapıçı olmaqla 13 futzalçı ilə yollanacaq.

Komanda sabah səhər saatlarında Bakı - Vyana reysi ilə hərəkət edəcək, Avstriyanın paytaxtından isə avtobusla Zlin şəhərinə gedəcək.

N

Ad, soyad

Klub

1

Emin Kürdov (q)

Araz-Naxçıvan

2

Vladislav Reznov (q)

Araz-Naxçıvan

3

Kamran Hacıyev (q)

Baku Fire

4

Emil Həsənzadə

Araz-Naxçıvan

5

Xəzər Ağalızadə

Araz-Naxçıvan

6

İlham Alıyev

Araz-Naxçıvan

7

Tofiq Mikayılov

Baku Fire

8

Murad Quluzadə

Baku Fire

9

Oktay Rüstəmli

Baku Fire

10

Fərid Abbasov

Baku Fire

11

Eldar Zeynalov

Neftçi İK

12

Ülvi Əliyev

Araz-Naxçıvan

13

Mirzə Əmirov

Neftçi İK

Qeyd edək ki, milli sentyabrın 19-da və 20-də Zlin şəhərində Çexiya yığması ilə yoldaşlıq görüşləri keçirəcək.