17 sentyabr 2024 11:57
172

Müdafiə Nazirliyi antiterror əməliyyatının keçirilməsinə zərurət yaradan faktorları açıqlayıb

Müdafiə Nazirliyi 19-20.09.2023-cü ildə antiterror əməliyyatının keçirilməsinə zərurət yaradan faktorları açıqlayıb.

“İki sahil” xəbər verir ki, Qarabağ iqtisadi rayonunda Ermənistan silahlı qüvvələrinin qalıqlarına məxsus 500-dən artıq döyüş mövqeyinin hazırlandığı müəyyən edilmişdir.

Müxtəlif tipli artilleriya qurğuları üçün 350-dən artıq atəş mövqeyin hazırlandığı aşkarlanmışdır.

Təmas xəttinin 2 km genişliyində 100 km-ə yaxın ərazilərdə minalar basdırılmışdır.

480 km-dək təmas xətti boyu bölmələrimizin və mülki sakinlərimizin hərəkətini izləmək məqsədilə 200-dən artıq müşahidə kamerası quraşdırılmışdır.