17 sentyabr 2024 20:37
147

Livandakı partlayışlarda 8 nəfər ölüb, 2,8 mindən çox insan yaralanıb

Livanda daşınan rabitə vasitələrinin partlaması nəticəsində azı 8 nəfər ölüb, 2,8 minə yaxın insan yaralanıb.

“İki sahil”  xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Livanın səhiyyə naziri vəzifələrini müvəqqəti icra edən Firas Abyad məlumat verib.

“Hizbullah” hərəkatının teleqram kanalında verdiyi açıqlamada bildirilir ki, rabitə cihazlarının partlamasının səbəblərinın müəyyənləşdirilməsi ilə bağlı ətraflı araşdırma aparılır.