17 sentyabr 2024 22:56
155

UEFA Çempionlar Liqası: Liqa mərhələsində I tura start verilib

2024/2025 mövsümdən yeni formatda keçirilən UEFA Çempionlar Liqasının Liqa mərhələsində I tura start verilib.

“İki sahil” xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirinin ilk iki oyununda "Yuventus" (İtaliya) evdə PSV-ni (Niderland) 3:1, "Aston Villa" (İngiltərə) isə səfərdə "Yanq Boys"u (İsveçrə) 3:0 hesabı ilə məğlub edib.

Azarkeşlər saat 23:00 da başlayan daha 4 qarşılaşmanın şahidi olacaqlar.

UEFA Çempionlar Liqası

Liqa mərhələsi

17 sentyabr

I tur

"Yuventus" (İtaliya) - PSV (Niderland) 3:1

"Yanq Boys" (İsveçrə) - "Aston Villa" (İngiltərə) 0:3

23:00. "Bavariya" (Almaniya) - "Dinamo" (Zaqreb, Xorvatiya)

23:00. "Milan" (İtaliya) - "Liverpul" (İngiltərə)

23:00. "Real" (Madrid, İspaniya) - "Ştutqart" (Almaniya)

23:00. "Sportinq" (Portuqaliya) - "Lill" (Fransa)

Qeyd edək ki, ilk turun digər görüşləri sentyabrın 18-19-da keçiriləcək.