18 sentyabr 2024 08:18
99

Şəmkirdə avtomobillər toqquşub

Şəmkir rayon ərazisində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“İki sahil” xəbər verir ki, "Niva" və digər markalı avtomobilin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb. Zərərçəkənlər xəstəxanaya çatdırılıb, vəziyyətləri orta-ağır və kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.