Qarabağda qalmış erməni silahlı dəstələri növbəti dəfə 2023-cü il sentyabrın 19-da genişmiqyaslı hərbi təxribat və terror hücumları törətdilər. Azərbaycan Ordusu bu təxribatların qarşısının alınması, üçtərəfli Bəyanatın müddəalarının icrasının təmin olunması, ölkəmizin Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başladı. Cəmi 23 saat 43 dəqiqə ərzində separatçılar ağ bayaraq qaldırmalı oldular və bununla da separatizmin kökü kəsildi.
Azərbaycan Ordusu antiterror tədbirləri zamanı da yüksək peşəkarlıq nümayiş etdirərək yalnız legitim hərbi hədəfləri zərərsizləşdirdi. Heç bir mülki şəxs xəsarət almadı, həmçinin heç bir mülki obyektə ziyan dəymədi.
Həyata keçirilmiş antiterror tədbirlərinin nəticəsi olaraq qanunsuz erməni silahlı birləşmələri tərksilah edilərək ölkəmizdən çıxarıldı, Qarabağda qeyri-qanuni xunta rejimi ləğv edildi, separatçıların əsas rəhbərləri həbs edildi. Üçrəngli bayrağımız Xankəndi, Xocalı, Ağdərə, Xocavənd və Əsgəranda da ucaldıldı. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin düşünülmüş, uzaqgörən, qətiyyətli siyasəti nəticəsində ərazi bütövlüyümüz və dövlət suverenliyimiz tam təmin edildi. Öz gücü hesabına 44 günlük Vətən müharibəsi, həmçinin 23 saat 43 dəqiqəlik antiterror tədbirləri ilə ərazi bütövlüyü və suverenliyini bərpa edən Azərbaycan bu istiqamətdə uğura nail olmaqda çətinlik çəkən bir çox ölkə üçün həm də bir nümunə yaratdı.

Anar Şahmuradov,
YAP Ağdaş rayon təşkilatının ideoloji işlər üzrə məsləhətçisi
Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında münasibətlər xüsusi xarakter daşıyır
Bölgələrimizin inkişafı həm sosial xarakter daşıyır, həm də ölkəmizi gücləndirir