Fövqəladə Hallar Nazirliyi (FHN) Şəmkir rayonunun Çənlibel kəndi ərazisində baş verən qəza ilə bağlı məlumat yayıb.
Bu barədə "İki sahil"ə nazirlikdən məlumat verilib.
Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunub:
"Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Qazel" markalı yük avtomobili ilə “Lada Niva” markalı minik avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və minik avtomobilinin sürücüsü deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.Yanğınsöndürən-xilasedicilər avtomobildə sıxılı vəziyyətdə qalan 1995-ci il təvəllüdlü İsmayılov Tural Xasay oğlunu xüsusi vasitələrin köməyi ilə xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır".
Yasamalda yaşayış binasənda baş verən yanğında xəsarət alanların vəziyyəti AÇIQLANDI
Kəmran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Rumıniyada işğüzar səfərdədir