18 sentyabr 2024 17:48
268

Keçmiş vəkil məhkəmə zalında həbs olunub

Külli miqdarda dələduzluqda ittiham edilən keçmiş vəkil Əkbərov Ruhid Rəşid oğlunun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

“İki sahil” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Ruhid Əkbərov 6 il 4 ay müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub.

Qeyd edək ki, Ruhid Əkbərov Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilib.

Vaxtilə 13 saylı Vəkil Bürosunun vəkili olan R.Əkbərov daha öncə 2021-ci ildə dələduzluq ittihamı ilə 3 il müddətinə həbs edilib. Həbsdə olduğu müddətdə iki nəfərə qarşı 50 min manatlıq dələduzluqda təqsirli bilinib.