19 sentyabr 2024 08:49
66

19 yaşlı gənc bıçaqlanıb

Bakının Xətai rayonunda 19 yaşlı gənc bıçaqlanıb.

“İki sahil” xəbər verir ki, 2005-ci il təvəllüdlü Nəsirov Elmir Ramil oğlu naməlum şəxs tərəfindən çox saylı bıçaq xəsarətləri alıb. Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona hər iki bud və baldır nahiyəsinin kəsilmiş-deşilmiş yaraları diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.