05 oktyabr saat 19:00-da Gəncə Dövlət Filarmoniyasında "Gəncə və gəncəlilər" layihəsi çərçivəsində Göygöl Dövlət Mahnı və Rəqs Ansamblının müşayiəti ilə Xalq artisti Şahnaz Haşımovanın yaradıcılıq gecəsi baş tutacaq.
"İki sahil"Gəncə Dövlət Filarmoniyasının məlumatına istinadən xəbər verir ki, Xalq artisti konsert zamanı Səid Rüstəmovun "Oxu gözəl", Nəriman Əzimovun "Gözəl Gəncəm", Habil Əliyevin "İlk məhəbbətim", Adil Bayramovun "Ceyran", xalq mahnısı "Qaragilə", Rahib Şirinovun "Azərbaycan" və s. digər mahnıları ifa edəcək. Həmçinin gecədə Göygöl Dövlət Mahnı və Rəqs Ansamblının ifasında rəqslər nümayiş etdiriləcək.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?