21 sentyabr 2024 23:38
85

Fransa polisi Martinikdəki etirazları yatırmaq üçün xüsusi qüvvə göndərəcək

Fransa polisinin xüsusi qrupu ölkənin dənizkənarı ərazisi Martinikdə etirazların yatırılmasına cəlb ediləcək.

“İki sahil” xəbər verir ki, bu barədə BFMTV kanalı məlumat yayıb.

"Şəhər iğtişaşlarına qarşı mübarizədə ixtisaslaşmış CRS 8-dən olan polis əməkdaşları da Martinikə göndəriləcək. Onlar sentyabrın 21-də axşam Fransadan çıxacaqlar", - telekanal polis mənbələrinə istinadən bildirib.

Qeyd edək ki, Fransa idarəçiliyinə qarşı Martinikdə də etirazlar başlayıb. Fransa hökuməti Yeni Kaledoniyada olduğu kimi Martinikdə də komendant saatı tətbiq edib.