22 sentyabr 2024 00:34
84

Əhmədli qəsəbəsindəki kütləvi dava ilə bağlı təhqiqata başlanılıb

Bakının Əhmədli qəsəbəsində baş verən kütləvi dava ilə bağlı təhqiqat araşdırması başlanılıb.

“İki sahil” xəbər verir ki,  bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşları hadisədən məlumatlıdırlar:

"Ərazi üzrə polis orqanında təhqiqat araşdırması başlanılıb. Əlavə məlumat veriləcək".

Qeyd edək ki, davaya səbəb “Fənərbağça” - “Qalatasaray” futbol oyunu olub. Belə ki, hər iki klubun fanatları arasında oyun bitəndən sonra mübahisə yaranıb. Əlbəyaxa dava polisin müdaxiləsindən sonra dayandırılıb.