Türkiyənin Uludağ Universitetindəki Türk Dilinin Tədqiqi və Tətbiqi Mərkəzində (ULUTÖMER) Azərbaycan dili kurslarının açılması planlaşdırılır.
“İki sahil” xəbər verir ki, bununla bağlı Bursa vilayətində fəaliyyət göstərən Mərkəzin fəaliyyəti haqqında Əsasnamədə müvafiq dəyişiklik edilib. Sənədin mətni bazar günü, sentyabrın 22-də Türkiyə hökumətinin rəsmi qəzeti – “Resmi Gazete”də dərc olunub. ULUTÖMER-in Əsasnaməsinin yeni redaksiyasına əsasən, Azərbaycan dili ilə yanaşı qazax, qırğız, özbək, türkmən və digər dillər üzrə də kursların açılması planlaşdırılır. Mərkəz türk xalqlarının mədəniyyətini öyrənmək məqsədilə Türkiyənin bölgələrinə və xaricə səfərlər təşkil etməyi, dilçilik sahəsində fərqlənənlərin mükafatlandırılmasını da planlaşdırır.
Əsasnamənin icrası Uludağ Universitetinin rektorluğuna həvalə edilib.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?