22 sentyabr 2024 15:24
90

Azərbaycan Nyu-Yorkda keçirilən beynəlxalq sammitdə təmsil olunur

Bu günlərdə Nyu-Yorkda "Summit of the Future: Multilateral Solutions for a Better Tomorrow" tədbiri keçirilir. İqlim dəyişikliyi, bərabərsizlik, rəqəmsal boşluq və sülhün möhkəmləndirilməsi kimi qlobal çağırışlara çoxtərəfli həll yollarının axtarışına həsr olunan bu sammit çoxsaylı dövlətlərin, beynəlxalq təşkilatların və vətəndaş cəmiyyətinin nümayəndələrini bir araya gətirib.

"İki sahil" xəbər verir ki, COP29 Təşkilat Komitəsinin üzvü, Qadın, İnkişaf, Gələcək İctimai Birliyinin sədri Gülşən Axundova azərtaca-a bildirib ki, sammitdə, həmçinin Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri və digər maraqlı tərəflər də iştirak edirlər. Onlar davamlı inkişaf və qlobal idarəetmənin islahatı ilə bağlı əsas məsələlərin müzakirəsinə fəal şəkildə qatılıblar. Azərbaycan təşkilatlarının iştirakı regionun beynəlxalq gündəmdəki əhəmiyyətini və 2030 Gündəliyinin məqsədlərinə nail olmaqda töhfələrini göstərir.

O vurğulayıb ki, sammit Azərbaycan QHT-ləri üçün öz təşəbbüslərini qlobal arenada təqdim etmək, iqlim, insan hüquqları, davamlı inkişaf sahələrindəki çağırışlar və imkanlar ilə bağlı müzakirələr aparmaq, həmçinin daha yaxşı gələcək naminə həll yollarının birgə tapılması üçün beynəlxalq tərəfdaşlarla əməkdaşlıq qurmaq üçün nadir imkan yaradır.