22 sentyabr 2024 15:40
88

Fransa sakinlərinin dörddə üçü Makrondan narazıdır

Fransa sakinlərinin dörddə üçü ölkə prezidenti Emmanuel Makrondan narazılığını bildirib.

“İki sahil” xəbər verir ki,  bu barədə “Ifop”un “Journal du Dimanche” qəzeti üçün keçirdiyi sorğunun nəticələrində göstərilib. Nəşr qeyd edib ki, 2018-ci ilin dekabrında “Sarı jiletlilər” böhranının pik nöqtəsində Zəfər tağı talan edildikdən sonra heç vaxt prezidentin populyarlıq reytinqi 25%-ə enməyib və ya ondan imtina reytinqi 75%-ə yüksəlməyib. “Journal du Dimanche”nin yazdığına görə, Makron əsasən “onu korlayan qeyri-mütənasib eqosunda”, eləcə də parlamentin “dağıdılması fiaskosunda” günahlandırılır.

Sorğu həmçinin göstərib ki, fransızların 55%-i baş nazir Mişel Barnyedən narazıdır, baxmayaraq ki, onun hökuməti materialda qeyd olunduğu kimi, hələlik heç bir tədbir görməyib. Sentyabrın 11-dən 20-dək aparılan sorğuda 2098 nəfər iştirak edib.