22 sentyabr 2024 23:11
78

Quterreş: Tərəflərdən heç biri Qəzza zolağında atəşkəs istəmir

BMT-nin baş katibi Antonio Quterreş hesab edir ki, İsraillə HƏMAS hərəkatı arasındakı münaqişədə tərəflərdən heç biri Qəzza zolağında atəşkəs istəmir.

“İki sahil” xəbər verir ki,  o bu haqda CNN telekanalına müsahibəsi zamanı danışıb. “Nə İsrail hakimiyyəti, nə də HƏMAS əslində atəşkəs istəmir, mənim fikrimcə, bu, açıq-aydındır. Hazırda müzakirə olunan müqavilə kifayət qədər ağlabatandır və bütün tərəflər onu qəbul etməyə hazır olmalıdırlar. Lakin biz görürük ki, hər dəfə nəsə baş verəndə yeni çətinliklər yaranır”, - deyə o bildirib.