23 sentyabr 2024 00:57
82

Sabunçuda sərnişin avtobusu qəzaya düşüb

Bakının Sabunçu rayonunda sərnişin avtobusu ilə minik avtomobili toqquşub, xəsarət alan var

“İki sahil” xəbər verir ki,  sərnişin avtobusu hərəkətdə olarkən minik avtomobili ilə toqquşub. Hadisə zamanı avtobusun sərnişini 62 yaşlı Hüseynova Vera İsmayıl qızı xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı fəqərə sütununun travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.