24 sentyabr 2024 08:05
90

BMT rəsmisi: COP29-un uğur qazanacağına qəti şəkildə inanırıq

Əminəm ki, Azərbaycan COP üçün yeniliklərlə zəngin və əsaslılıq baxımından faydalı olacaq sammitə ev sahibliyi edəcək.

“İki sahil” xəbər verir ki, bunu "Report"un ABŞ bürosuna açıqlamasında Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Katibliyinin maliyyə məsələri üzrə baş direktoru Danielle Violette deyib. D.Violette bildirib ki, COP29 üçün hazırlıqlar uğurla davam edir: "Azərbaycan komandası COP29-a yaxşı hazırlaşıb və uğur qazanmaq üçün bütün səylər göstərilir. Biz də həqiqətən COP29 komandasının uğur qazanması üçün çox çalışırıq və onun gələcək sədrliyinə çox əminik. COP29-un gündəliyində iqlim maliyyəsindən tutmuş karbon emissiyasının azaldılması da daxil olmaqla bir çox prioritetlərimiz var. Bunlar COP-da iqlim dəyişikliyinə bağlı ortaya çıxan problemlər, su qıtlığı, ərzaq təhlükəsizliyi və torpaqların deqradasiyası, iqlim böhranına məruz qalan uşaqlar və s-dir”.

O, qeyd edib ki, həssas mövzuları hərəkətə gətirmək vacibdir: “Təbii ki, bunlar hamının razılaşacağı vacib məsələlərdir və liderlik çox mühümdür. COP-un hər konfransı fərqlidir. Məqsəd uğrunda birlikdə çalışmalıyıq və COP29-un uğur qazanacağına qəti şəkildə inanırıq".