AFFA U-15 Liqasında çıxış edən “Metak” komandasının nümayəndələri 5 oyunluq cəzalandırılıb.
"İki sahil” qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə İntizam Komitəsinin növbəti iclasında qərar qəbul olunub.
Belə ki, "Nefçi"ni qəbul edən "Metak" komandasının cəzalı durumda olan baş məşqçisi Mehman Səfərov və nümayəndəsi Salman Səfərov oyunun gedişi zaman yan xətt hakimini dəfələrlə təhqir etdiklərinə görə 5 matçlıq diskvalifikasiya ediliblər.
Bundan başqa, qarşılaşma bitdikdən sonra azarkeşlər meydana daxil olaraq yan xətt hakiminə təzyiq etməyə çalışdıqlarına görə “Metak” kollektivinə xəbərdarlıq edilib.
Qeyd edək ki, İntizam Komitəsinin qərarından apellyasiya şikayəti bu barədə bildiriş verildikdən sonra 15 gün ərzində Apellyasiya Arbitraj Tribunalının İntizam Palatasına verilə bilər.