Gələn il ABŞ-da keçiriləcək klublararası dünya çempionatının püşkatma mərasiminin vaxtı açıqlanıb.
“İki sahil” FİFA-nın rəsmi saytına istinadən xəbər verir ki, tədbir dekabrın 5-də Mayamidə keçiriləcək.
Yeni formatda təşkil olunacaq turnir gələn ilin 15 iyun-13 iyul tarixləri arasında baş tutacaq. İlk dəfə olaraq klublararası dünya çempionatında 32 komanda mübarizə aparacaq.
Hazırda turnirin 31 iştirakçısının adı məlumdur. Sonuncu vəsiqənin sahibi noyabrın 30-da keçiriləcək Libertadores Kubokunun finalından sonra müəyyənləşəcək.
Klublararası dünya çempionatının matçları ABŞ-nin Nyu-Cersi, Şarlott, Sinsinnati, Los-Anceles, Mayami, Neşvill, Orlando (2 stadion), Filadelfiya, Sietl, Vaşinqton və Atlanta ştatlarında keçiriləcək.