25 sentyabr 2024 12:11
77

COP29 ilə bağlı saxta xəbərlər yayılır

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı saxta xəbərlər yayılır.

“İki sahil” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) rəisi İlqar Musayev bildirib.

Onun sözlərinə görə, bu xəbərlərdə guya COP29-la bağlı iş yerlərinin açılması və yaxud hansısa maliyyə dəstəyinin göstəriləcəyi kimi saxta məlumatlar olur: "Bu məlumatları daim analiz edirik. Onların yerləşdirildiyi resursların bloklanması üzrə işlər gedir. Son iki ayda biz tərəfdən həmin dezinformasiya yayan 15 resurs bağlanılıb".