25 sentyabr 2024 14:12
83

COP29 müxtəlif tərəfləri birləşdirəcək - Martial Bernoux

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) müxtəlif tərəfləri birləşdirəcək.

“İki sahil” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) İtaliya ofisinin nümayəndəsi Martial Bernoux bildirib.

Onun sözlərinə görə, Bakının COP29-la bağlı təşəbbüsləri çox vacibdir.

"Ümumiyyətlə, dünyada iqlimlə bağlı bir sıra təşəbbüslər var. COP29 çərçivəsində bu cür təşəbbüslərin bir araya gəlməsi, bunların bir-biri ilə əlaqələndirilməsi çox önəmlidir. Bu, boşluqları müəyyən etməyə imkan verəcək. Fermerlər iqlim dəyişikliyi, quraqlıq və ekstremal hava şəraitinin qurbanı olurlar. Fermerləri də bu işlərin mərkəzinə daxil etmək istəyirik", - deyə qonaq qeyd edib.