Azərbaycanın istehsal etdiyi, şərti adı “Turan 1” olan silah ilk dəfə “ADEX-2024” 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində nümayiş etdirilir.

“İki sahil” xəbər verir ki, bununla bağlı AZƏRTAC-a “Ush Security” şirkətinin nümayəndələri məlumat veriblər.
Bildirilib ki, silah yerli mühəndislər tərəfindən hazırlanıb və 2024-cü ildə istehsal olunub. Çəkisi 3 kiloqram 600 qram olan silahın vuruş məsafəsi 1000 metr, daraq tutumu 30 gülləlikdir. Müasir sistem orijinal standartlara uyğun olaraq hazırlanıb və sərgidə ilk dəfə nümayiş olunur. Silah sınaq testlərindən keçib, lakin hələ istifadə olunmayıb.
"Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib
Xocavənddə Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin birgə təliminin açılışı olub - VİDEO
Özbəkistan heyəti “Birliyin Gücü – 2026” təlimində iştirak etmək üçün ölkəmizə gəlib
Azərbaycan Ordusunda Dövlət Suverenliyi Günü münasibətilə silsilə tədbirlər keçirilib