Bakı Ekspo Mərkəzində "ADEX" 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində hərbi-texniki əməkdaşlığın inkişaf etdirilməsinə dair bir sıra görüşlər keçirilir.
“İki sahil” xəbər verir ki, sentyabrın 25-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının Hərbi-texniki əməkdaşlıq üzrə federal xidmətinin direktoru Dmitriy Şuqayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Tərəflər regionda sülhün və təhlükəsizliyin təmin olunmasında hərbi-texniki sahədə əməkdaşlığın rolu, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
Görüşdən sonra beynəlxalq sərgidə Rusiyanın hərbi sənaye şirkətlərinə məxsus stendlərə baxış keçirilib, nümayiş etdirilən silah, texnika, aviasiya və uçuş vasitələri ilə bağlı Azərbaycan və Rusiya nümayəndə heyətinə ətraflı məlumat verilib.
"Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib
Xocavənddə Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin birgə təliminin açılışı olub - VİDEO
Özbəkistan heyəti “Birliyin Gücü – 2026” təlimində iştirak etmək üçün ölkəmizə gəlib
Azərbaycan Ordusunda Dövlət Suverenliyi Günü münasibətilə silsilə tədbirlər keçirilib