25 sentyabr 2024 22:01
84

Azərbaycanın COP29-a uğurlu ev sahibliyi edəcəyinə əminik

Tacikistan COP29-da qardaş Azərbaycana dəstək olmaq üçün noyabr ayında geniştərkibli nümayəndə heyəti ilə Bakıda olacaq.

“İki sahil” xəbər verir ki, bunu Tacikistanın BMT-dəki daimi nümayəndəsi Jonibek Hikmat "Report"un ABŞ bürosuna açıqlamasında deyib.

O, Azərbaycan hökümətini COP29 Sədrliyi münasibəti ilə təbrik edib:

"Azərbaycan höküməti COP29 Sədrliyi ilə olduqca əhəmiyyətli rolu üzərinə götürüb. Bu ölkə COP29-da inklüziv yanaşma nümayiş etdirir. Onlar iqlim məsələlərində BMT-nin qabaqcıl agentlikləri, müxtəlif təşkilatlar, özəl sektorun təmsilçiləri ilə yaxından əməkdaşlıq edirlər. Biz əminliklə deyə bilərik ki, Azərbaycan COP29-a uğurlu ev sahibliyi edəcək".

Nümayəndə bildirib ki, Tacikistan COP29-da geniş pavilyonla təmsil olunacaq: "Bu, bizim üçün olduqca gözəl fürsətdir. Su ehtiyatları və təmiz suya çıxışın təmin olunması mövzusunda həssaslığımızı nəzərə alaraq bizə bu şansı verdiyi üçün Azərbaycan hökümətinə təşəkkür edirik".