25 sentyabr 2024 22:15
80

Muxtar Babayev ÜST-nin rəhbəri ilə iqlim dəyişikliyinin səhiyyə sistemlərinə təsirini müzakirə edib

COP29-un müəyyən olunmuş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesusla iqlim dəyişikliyinin qlobal səhiyyə sistemlərinə təsiri ətrafında fikir mübadiləsi aparıb.

“İki sahil” xəbər verir ki, bu barədə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) sosial şəbəkə hesabında bildirilib.

“COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev ÜST-nin baş direktoru Tedros Adanom Qebreyesusla görüşərək ətraf mühitin məhv edilməsi və iqlim dəyişikliyinin qlobal səhiyyə sistemlərinə dərin təsirini müzakirə edib”, – məlumatda diqqətə çatdırılıb.