Moldova prezidenti Maya Sandu Baş Qərargah rəisi və ordunun komandanı Eduard Oxladçukun istefası haqqında fərman imzalayıb.
“İki sahil” “Kommersant”a istinadla xəbər verir ki, o, 2021-ci il noyabrın 8-dən bu vəzifədə çalışırdı.
Fərman Moldova Prezidentinin saytında dərc edilib.
Moldova ordusunun yeni komandanının kimin olacağı hələlik məlum deyil.