27 Sentyabr - Anım Günü ilə əlaqədar Yeni Azərbaycan Partiyasının nümayəndələri Bakıda inşası davam etdirilən Zəfər parkında olublar.
“İki sahil” xəbər verir ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Zəfər parkının girişində xatirə daşının önünə gül dəstələri düzülüb, qəhrəman Vətən övladları dərin hörmət və ehtiramla anılıb.
Ceyhun Bayramov konqresmenlə Azərbaycan-ABŞ münasibətləri barədə fikir mübadiləsi aparıb
Fuad İsgəndərov etimadnaməsinin surətini Polşa Xarici İşlər Nazirliyinin Dövlət katibinə təqdim edib
Çinin Azərbaycandakı səfiri: Çin elmi-texniki innovasiyalar sahəsində dünya lideridir